Card image

2 yaşımız tamam oldu

Tələbələrimizlə 2 illik yubileyimizi qeyd etdik

16.03.2017-ci il tarixində Tiamo Kids Dahi Uşaqlar Mərkəzi kollektivi “Kiparis” ailevi istirahət mərkəzində “Tiamo Kids Dahi Uşaqlar Mərkəzi Novruz 2017” tədbir keçirdi. 100- ə kimi uşaq və valideynlərin də iştirakı ilə həyata keçirilən tədbir xüsusilə Tiamo Kids DUM- un 2 yaş “Novruz “ bayramına həsr olunmuşdu. İşçilərin və tələbələrin geyindiyi milli kostyumlar, kollektivin hazırladığı Novruz kompazisiyası valideynlər tərəfindən böyuk rəğbətlə qarşılandı. Gün ərzində uşaqlara bayram əhval – ruhiyyəsi verildi, müxtəlif şoular, illüzionçu, xarici və milli rəqslər, balacalarımızın maraqlı səhnə və çıxışları, bunlardan əlavə xalqımızın Novruz Bayramı, onun ənənələri haqqında ətraflı məlumatlar verildi, bol –bol fotoşəkillər çəkildi. Tədbir saat 15:00-a qədər davam etdi.
Novruz Bayramınız Mübarək Olsun!
Arzu edirik ki, bu Novruz Bayramında axan sular bütün dərdlərinizi yuyub aparsın, əsən yellər evlərinizə şadlıq, rahatlıq gətirsin, ağrı- acılarınız odda qalsın, ümidləriniz torpaqda cücərsin.

Daha ətraflı facebook səhifəmizdən də tanış ola bilərsiz.

FOTOLAR